"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "İnter" türk vingeri transfer etmək istəyir. Bu barədə"Calciomercato" məlumat yayıb.
"İnter" Barış Alper üçün "Qalatasaray"a rəsmi təklif göndərib. Lakin təklifin məbləği açıqlanmayıb. İstanbul nəhəngi 25 yaşlı ön xətt oyunçusuna 35 milyon avro qiymət qoyub.
Sport1.az