Madridin "Real" klubu "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodrini heyətinə cəlb etməyi planlaşdırır.
Sport1.az xəbər verir ki, məlumatı İspaniyanın "El Nacional" nəşri yayıb.
"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Rodriyə komandanın əsas fiqurlarından biri kimi önəm verdiyini bildirərək bu keçidə icazə verməyib. "Kral klubu"nun marağına baxmayaraq, ispan mütəxəssis oyunçunun satılmayacağını açıq şəkildə vurğulayıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında çarpaz bağlarını qoparan təcrübəli futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Hazırda onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Rodrinin transfer dəyəri isə 110 milyon avro qiymətləndirilir.
Sport1.az