“Barselona”nın futbolçusu Robert Levandovski açıqlama verib.
Sport1.az xəbər verir ki, o, “Qızıl top” mükafatını qazana bilməməsinə təəccübləndiyini söyləyib:
“2020-ci ildə “Qızıl top”a layiq idim. Nə üçün almadığımı başa düşmədim. Futbol bəzən siyasətdir. Belə deyim, futbolda biznes varsa, siyasət də var”.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən çempionatların tam keçirilməməsi nəzərə alınmış və “Qızıl top” mükafatı həmin il heç kimə təqdim edilməmişdi.
Sport1.az