Azərbaycanın kişilərdən ibarət milli komandasının üzvü Murad Fətiyev zədələnib.Federasiyanın mətbuat xidmətindən
Sport1.az-a verilən məlumata görə, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.
O, həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib olsa da, zədə səbəbindən 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatında iştirak edə bilməyəcək.
Sport1.az