İngiltərənin "Arsenal" klubu Premyer Liqada antirekordunu təkrarlayıb. Sport1.az xəbər verir ki, bu, London təmsilçisinin 34-cü turda “Kristal Pelas”la heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.
"Topçular" cari mövsümdə Premyer Liqada hesabda öndə olduğu 9 matçda qələbəni əldən verib. Belə bir nəticə 17 il öncə də qeydə alınıb. 2007/2008 mövsümündə “Tottenhem” klubu eyni aqibəti yaşayıb.
Qeyd edək ki, Mikel Artetanın yetirmələri 34 oyundan 67 xalla turnir cədvəlində ikinci yerdədir.
Sport1.az