Fransa millisinin sabiq hücumçusu Olivye Jiru "L'Equipe" nəşrinə açıqlama verib.
Sport1.az xəbər verir ki, 38 yaşlı futbolçu Usman Dembelenin qızıl top alması haqda fikirlərini səsləndirib:
"Sözün düzü, mən Fransa millisində olduğum zaman ona baxanda nə vaxtsa bu uğuru qazanacağını düşünməzdim. Bunu heç ehtimal olaraq belə görmürdüm. "Qızıl top" qazanmaq üçün istedadın, ən əsası da komandanla uğurlu mövsümün olmalıdır. Bu mükafat yalnız kollektivi ilə nəaliyyət əldə edən futbolçulara verilir".
Sport1.az