Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.Sport1.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə Vüsal vurub. Bu oyunda ilk qol olub. Bundan sonra "Vlajniya" futbolçuları 4 qol vurub.
Qeyd edək ki, bu yay "Partizani"yə keçən V.İsgəndərli ilə 1 illik müqavilə bağlanıb. O, Albaniya çempionatında 2-ci oyununa çıxıb və yeni klubunda ilk qolunu vurub.
Sport1.az