Noa Okafor karyerasını İngiltərədə davam etdirəcək.
Sport1.az xəbər verir ki, "Milan" və "Lids" futbolçunun transferi ilə bağlı ortaq məxrəcə gəliblər.
İngilislər bu keçidə görə 21 milyon avro və gələcəkdə bonuslar ödəyəcəklər. Nigeriyalı futbolçu sabah tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, Noa ötən mövsümün ikinci hissəsini icarə əsasında "Napoli"də keçirib. O, ümumilikdə A Seriyasında 15 oyunda bir qolla yadda qalıb.
Sport1.az