Bundesliqa təmsilçisi “Ayntraxt Frankfurt” 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Can Uzunun transfer qiymətini müəyyən edib.Sport1.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi gənc futbolçunu 80 milyon avro dəyərində qiymətləndirir. “Sky Sport” jurnalisti Florian Plettenberqin məlumatına görə, klub gələn yay Uzunun transferi üçün məhz bu məbləği tələb edəcək.
Gənc türkiyəli futbolçunun “Ayntraxt Frankfurt”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və müqavilədə sərbəst buraxılma maddəsi yoxdur. “Transfermarkt” portalı isə onu hazırda 18 milyon avro dəyərində qiymətləndirir.
Can Uzun cari mövsümdə Bundesliqada keçirdiyi 6 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilərlə o, komandanın əsas bombardiri olmaqla yanaşı, məhsuldarlığa görə klub tarixinin ən yaxşı startlarından birinə imza atıb.
Sport1.az