"Bavariya" hücum xəttini yeni oyunçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, Almaniya çempionu "Çelsi"dən Nikolas Ceksonu icarəyə götürüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bavariya" seneqallı forvard 15 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Bundesliqa nəhəngi 80 milyon avro ödəməklə 24 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü London təmsilçisinin heeyətində meydana çıxdığı 81 rəsmi matçda 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az