Misli Premyer Liqasının VII turu "Zirə" doğma meydanda "Neftçi" ilə heç-heçəyə razılaşdı - 2:2. Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qalmaqallı hadisə baş verdi.
Qarşılaşma başa çatan kimi "Neftçi" azarkeşləri hakimə etiraz etdilər. Onlar "Zirə"nin penalti epizodu zamanı hakim Kamal Umudlunun qərarı VAR-dakı şəkilə baxaraq verdiyini bildirdilər.
Təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşdi.
MİKAYIL HACIYEV
Sport1.az