"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 4-cü turunda "Karvan"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:
- Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik. "Karvan"ın əvvəlki oyunlarına baxmışıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çoxaldı. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq.
Sport1.az