Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turuna yekun vurulub.Sport1.az xəbər verir ki, bu gün turun daha bir matçı keçirilib. “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.
Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması 20:00-da start götürüb. Matçı Rəvan Həmzəzadə idarə edib.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
19 avqust (çərşənbə axşamı)
20:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:1
Qollar: İssa Cibrila, 45+1 (1:0), Bəxtiyar Həsənalızadə, 65 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
Sport1.az