Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.Sport1.az xəbər verir ki, "ağ-qaralar" yerli "Termalika" komandası ilə üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1.
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Sport1.az