Cənubi Azərbaycanın ən böyük futbol klublarından biri olan “Traktor” tarixi uğura imza atıb.Sport1.az xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.
“Şəms Azar”ı səfərdə 0-4 hesabı ilə darmadağın edən komanda sona iki tur qalmış çempionluğu bayram edib.
Aktivində 64 xalı olan “Traktor” ən yaxın izləyicisi olan “Gol Gohar”ı 8 xal qabaqlayır.
Sport1.az