“Sabah” bu gün yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, matç Avstriyadakı yay toplanışı çərçivəsində baş tutub.
Azərbaycan kubokunun qalibi Rumıniyanın “Rapid” klubu ilə yoxlama oyununa çıxıb.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayıb.
Yoxlama oyunu
29 iyun
19:30. “Sabah” (Azərbaycan) – “Rapid” (Rumıniya) 2:2
Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.
Sport1.az