“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Sport1.az xəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da Rumıniyanın “Rapid” (Buxarest), iyulun 3-də isə Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq.
Sport1.az