“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Sport1.az xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.
O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sport1.az