Rövlan Muradov "Sumqayıt"la yollarını ayırıb.Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçu komanda ilə vidalaşıb.
Oyunçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
“Sumqayıt” ailəsindən hər kəsə salamlar, vidalaşmaq vaxtıdır. Sizinlə keçirdiyim iki mövsüm karyeramda yaddaqalan və unudulmaz anlarla dolu oldu. Əməyi keçən və əziyyət çəkən hər kəsə təşəkkür edirəm, sizə uğurlar arzulayıram”.
Sport1.az