"Biz də məğlub olmaq istəməzdik".
Sport1.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə Belarusla yoxlama matçından öncə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qarşılaşmada qələbəyə köklənəcəklər:
"Öncəki oyunda məğlub olduq. Sabah meydana qələbə üçün çıxacağıq. Ümid edirəm ki, əvvəlki nəticəni unutdurarıq. Biz də məğlub olmaq istəməzdik. Bu oyunda qələbə qazanarıq. Bu sınaqdan üzüağ çıxmaq istəyirik".Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 25-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.
Sport1.az