"Mahir Emrelinin Almaniyada qalması düzgün addım idi ".Bu sözləri
Sport1.az-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Azərbaycan millisinin üzvü Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern” komandasına keçidini şərh edərkən dedi.
O, Mahirin yeni komandasında da uğurla çıxış edəcəyinə inandığını söylədi:
"Ona başqa liqalardan, hətta Almaniyanın digər təmsilçilərindən təkliflər var idi. Məncə, ən doğru qərarı verdi. Artıq Almaniya futbolunu da aşağı-yuxarı tanıyır. Qollarına davam edəcəyinə inanıram". Qeyd edək ki, M. Emreli “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.
Sport1.az