Rusiyanın "OİK-Xabarovsk" klubu azərbaycanlı Kamran Əliyevlə müqaviləni uzadıb.
Sport1.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə 1 illik yeni sözləşmə əldə olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb:
"Əliyev Xabarovsk azarkeşlərinə yaxşı tanışdır. 2021/2022 mövsümündə 30 oyun keçirib, 4 qol və 4 məhsuldar ötürmə ilə komandanın "pley-off"a vəsiqə qazanmasına kömək edib, ötən il 34 oyuna 4 qolla hücum xəttinin vacib oyunçusu olub. 2024-cü ildə qayıtdıqdan sonra yenə komanda üçün qiymətli olduğunu sübuta yetirib. Yeni mövsümdə yeni qollar və parlaq epizodlar gözləyirik"
Sport1.az