"Güclü komandaya qarşı oynayacağımızı bilirik".Sport1.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan kubokunun "Sabah"la final matçı öncəsi mətbuat konfransında deyib.
O, finalda komandasının şanslarını dəyərləndirib:
"Titullarımızın sayını artıqmaq istəyirik. İstəkli bir komandaya qarşı oynayacağıq. Ancaq biz də qələbə üçün çox istəkliyik. Yaxşı oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, final mayın 31-də keçiriləcək.
Sport1.az