Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandası beş futbolçusu ilə müqaviləni yeniləyib.Sport1.az xəbər verir ki, bu barədə eyniadlı şəhərin təmsilçisi rəsmi səhifəsində məlumat yayıb.
“İmişli” oyunçular Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərovla müqavilələrinin müddətini uzadıb.
Qeyd edək ki, “İmişli” son mövsüm I Liqada 52 xalla ikinci olub.
Sport1.az