Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb.
Sport1.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də komandanın heyətində keçirəcək.
Hər iki oyunçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
Sport1.az