"Araz-Naxçıvan" qapıçı Tərlan Əhmədli ilə müqavilənin müddəti uzadılıb. Sport1.az xəbər verir ki, 31 yaşlı qolkiper daha 1 il Naxçıvan təmsilçisinin formasını geyinəcək. O, 2024-2025-ci illər mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.
Sport1.az