I Liqada çıxış edən "Baku Sportinq" heyətini daha bir futbolçu ilə gücləndirib.Sport1.az-a daxil olan məlumata görə, paytaxt təmsilçisi Pablo Henrike ilə razılaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı ötən mövsüm "İmişli"də çıxış edib.
Sport1.az