I Liqanın əsas favoritlərindən olan “Şəfa” yeni layihə həyata keçirməyi niyyətindədir.Sport1.az-a daxil olan məlumata görə, Bakı təmsilçisi özünə stadion və baza tikmək niyyətindədir. Klub Maştağa Olimpiya Kompleksini uzunmüddətli icarəyə götürmək istəyir.
Bakılılar bu istiqamətdə danışıqları davam etdirirlər.
Qeyd edək ki, "ASK Arena"da təmir işləri getdiyindən "Şəfa" ev oyunlarını Binə stadionunda keçirir.
MİKAYIL HACIYEV
Sport1.az