I Liqanın yeni təmsilçisi "Şəfa" çempionatda iddialı olmaq niyyətindədir.
Paytaxt təmsilçisi bu səbəbdən də güclü heyət formalaşdırır.
Lakin Bakı klubu infrastruktur məsələsində problem yaşayır. "ASK Arena"nın təmirə bağlanmasından sonra klub ev oyunlarını və məşq keçməyə məkan axtarırdı.
Klub artıq hazırlıqla bağlı problemini həll edib. "Şəfa" rəhbərliyi məşqlərini keçmək üçün Bakı Olimpiya stadionuna müraciət edib. Məsələ ilə bağlı ilkin razılıq da əldə olunub. Proses müqavilə mərhələsindədir.
Sport1.az