İspaniya millisi itki ilə üzləşib. Sport1.az xəbər verir ki, "Barselona" klubundan yığmaya dəvət alan İnyiqo Martines sıradan çıxıb.
34 yaşlı müdafiəçinin sağ dizinin meniski ətrafında iltihab aşkarlanıb. Onun əvəzinə komandaya "Bornmut"dan Din Höysen çağrılıb.
Qeyd edək ki, İspaniya martın 20-də və martın 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.
Sport1.az