"Başakşehir" heyətinə yeni hücumçu cəlb edib.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi "Hamburq"la müqaviləsi başa çatan Deyvi Selkeni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Başakşehir" almaniyalı forvardla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Deyvi Selke ötən mövsüm "Hamburq"un heyətində keçirdiyi 33 oyunda 23 qol vurub.
Sport1.az