Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” komandasından ayrılıb.Sport1.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Karyeramda çox qeyri-adi və maraqlı bir mövsüm oldu. Həm təcrübə, həm də ən əsası, meydandan kənarda yeni dostlar qazandım. Komanda yoldaşlarıma və rəhbərliyə təşəkkür edir, onlara yeni mövsümdə uğurlar arzulayıram. Təşəkkürlər, Astana!", - deyə təcrübəli oyunçu yazıb.
Qeyd edək ki, Rövşən Hüseynli “Astana”ya ötən ilin yayında keçmişdi.
Sport1.az