"Nottingem Forest" "Yuventus"un iki futbolçusu ilə maraqlanır.Sport1.az xəbər verir ki, ingilislər Timoti Vea və Samuel Mbanqula ilə bağlı təklif hazırlayıblar.
İtaliya mətbuatı "Nottingem Forest"in əsas hədəfinin Vea olduğunu yazıb. Amerikalı yarımmüdafiəçi ilə yanaşı Samuelin transfer qiyməti 22-23 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, 2024/2025 mövsümündə A Seriyasında Vea 30 oyunda 5 dəfə fərqlənib. Mbanqula 23 görüşdə 3 qol vurub.
Sport1.az