"Betis" "Mançester Yunayted"dən icarəyə götürdüyü Antoninin transfer hüququna yiələnmək istəyir.
Sport1.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Betis" braziliyalı vinger üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. İspanlar oyunçu üçün "Mançester Yunayted"ə 35 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, Antoni ötən mövsümün ikinci yarısında "Betis"də çıxış edib. Braziliya millisinin üzvü olan 25 yaşlı futbolçu La Liqa təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.
Sport1.az