"Qalatasaray" müdafiəçi Matias Rossla yollarını ayıracaq.Sport1.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
Danimarkalı mərkəz müdafiəçisi baş məşqçi Okan Burukun planlarına daxil deyil. 24 yaşlı oyunçunun müqaviləsinə xitam veriləcək.
Qeyd edək ki, Matias Ross ötən mövsüm icarə əsasında Çexiyanın "Sparta" klubunda çıxış edib.
Sport1.az