Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov karyerasını Azərbaycanda davam etdirəcək.
Sport1.az xəbər verir ki, forvard Çağırış Kubokunda mübarizəyə hazırlaşan "Xilasedici" ilə anlaşıb.
Yüksək Liqanın bürünc mükafatçısı olan klub bir neçə gün öncə millinin kapitanı Vüqar Bayramovu da heyətinə qatıb.
Qeyd edək ki, Melnikov ötən mövsüm Rumıniya kubokunu və ölkə çempionatının gümüş medallarını qazanan "Korona Braşov"da çıxış edib.
Sport1.az