Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi davam edir.Sport1.az xəbər verir ki, bu gün ikinci oyunlar keçirilir.
“Sabah” Şəkidə eyniadlı komandanın qonağı olub. Rəqibini 96:72 hesabı ilə üstələyən paytaxt təmsilçisi finala vəsiqə qazanıb.
Bakı İdman Sarayında isə “Abşeron”la “Neftçi” üz-üzə gələcək.
Qeyd edək ki, ilk oyunlarda “Sabah”la “Neftçi” qələbə qazanıb.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyunlar
29 aprel
14:00. “Şəki” – “Sabah” - 96:72
Şəki OİK
Seriyada hesab – 0:1
19:00. “Abşeron” – “Neftçi”
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1
Sport1.az