"Trabzonspor" "Mançester Yunayted"dən icarəyə götürdüyü qapıçı Onananın oyunundan razıdır.Sport1.az xəbər verir ki, Super Liqa təmsilçisi 2026-cı ilin yayında kamerunlu qapıçını birdəfəlik transfer etmək istəyir.
Maraq üçün bildirək ki, "qırmızı şeytanlar" ötən yay icarəyə verdiyi Reşford və Hoylundun müqaviləsinə satınalma bəndi qoymağına baxmayaraq, Onananın müqaviləsində belə bir maddə yer almır.
Qeyd edək ki, Andre "Mançester Yunayted"ə 2023-cü ildə "İnter"dən 52 milyon avroya transfer edilmişdi.
Sport1.az