“Qalatasaray” futbolçusu Elias Jeleri icarəyə verib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi 2026-cı ilin yayına kimi İngiltərənin “Sauthempton” klubunda çıxış edəcək. Müqaviləyə əsasən Çempionşip təmsilçisi mövsümün sonunda Eliası birdəfəlik tramsfer də edə bilər.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2024-cü ilin yayında 9 milyon avro qarşılığında “Kopenhagen”dən “Qalatasaray”a keçib. O, komandada 35 oyunda 1 qol vurub.
Sport1.az