“Fiorentina” hücum xəttini gücləndirib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bənövşəyilər" A seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib.
24 yaşlı italiyalı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Pikkoli 2024/2025 mövsümündə “Kalyari”də icarə əsasında oynayıb. Ötən ay isə Kalyari təmsilçisi futbolçunu birdəfəlik transfer edib. O, ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Sport1.az