“Fənərbağça”nın oyunçusu Mert Hakan Yandaş sağlamlıq vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Sport1.az futbolçunun paylaşımdakı açıqlamasını təqdim edir:
“Aldığım zədə və son dönəm yaşananlar ilə bağlı duyğu və düşüncələrimi paylaşmaq istəyirəm.
Əvvəlcə mənimlə əlaqə saxlayan, buna cəhd edən və bütün keçmiş olsun diləklərini bildirən hər kəsə təşəkkürümü bildirirəm. Xoş arzularınızı bu çətin dönəmdə ürəkdən hiss etdiyimi bildirmək istəyirəm.
Müalicə müddətim təsislərimizdə tibbi personalın nəzarəti altında davam edəcək. Bu çətinliyin öhdəsindən gələrək məni bu günə gətirən mübarizəyə inanmağa davam edəcəyəm. Meydanlara qayıdacağım günü səbrsizliklə gözləyirəm”.
Sport1.az