Antonio Konte 2009-cu ildən bəri ilk dəfə Massimiliano Alleqriyə məğlub olub.Sport1.az xəbər verir ki, A Seriyasının 5-ci turunda "Napoli" səfərdə "Milan"a 1:2 hesabı ilə uduzub.
Bu qarşılaşmaya qədər Konte Alleqri ilə 7 dəfə üz-üzə gəlmiş, 5 qələbə qazanmış və 2 dəfə heç-heçə etmişdi. Konte son dəfə 2009-cu ildə "Atalanta"nı çalışdırarkən Alleqrinin rəhbərlik etdiyi "Kalyari"yə 0:3 hesabı ilə məğlub olmuşdu.
Sport1.az