Malik Tiavı "Nyukasl"a satan "Milan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.Sport1.az xəbər verir ki, "qırmızı-qaralar" "Əl-Əhli"də çıxış edən Merih Demiralı transfer etmək istəyir. Bu barədə"Corriere della Sera" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalan 27 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Merih Demiral ötən mövsüm "Əl-Əhli"nin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvü İtaliyada daha əvvəl "Sassuolo", "Yuventus" və "Atalanta"nı formasını geyinib.
Sport1.az