"Barselona" 37 yaşlı polşalı hücumçusu Robert Levandovski ilə müqavilə yeniləməkdə maraqlı deyil.Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli hücumçunun yerinə "Atletiko"nun 25 yaşlı futbolçusu Julian Alvarezi transfer etmək istəyir.
Qeyd edək ki, argentinalı oyunçu Madrid təmsilçisinin heyətində çıxdığı 6 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az