"Arsenal" İsveç millisinin futbolçusu Viktor Gyökereşi transfer edib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi 27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Topçular" onun keçidi üçün 63.5 + 10 milyon avro ödəyib.
Qeyd edək ki, Viktor Gyökereş ötən mövsüm "Sportinq"in heyətində 52 oyuna çıxaraq 54 qol vurub və 13 qolun ötürməsini edib.
Sport1.az