"Monako"nun bu yay heyətinə qatdığı Pol Poqba hələ də komandası ilə debüt etməyib.Sport1.az xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məçqçisi Adolf Hütter dünən "Mançester Siti" ilə qarşılaşmadan sonra fransalı futbolçunun taleyi ilə bağlı açıqlama verib:
"O, 1 il 6 ay yaşıl meydanlardan uzaq qaldı. Geri qayıdması üçün azı 3 aya ehtiyacı var idi. 32 yaşlı futbolçu növbəti oyun "Nitsa"ya qarşı debüt edə bilər. Lakin bundan əmin deyilik. Milli aradan sonra qayıdacağı isə dəqiqdir. Poqba çox yaxşı hazırlaşır, inkişaf edir. "Angers" ilə qarşılaşmaya qədər tamamilə hazır vəziyyətdə olacağını gözləyirik".
Qeyd edək ki, Pol Poqba dopinq istifadəsinə görə 4 illik diskvalifikasiya cəzası alsa da, appelyasiya ilə bu müddəti 1 il 6 aya endirildi.
Sport1.az