“Yuventus”un futbolçusu Artur Melo karyerasını Braziliyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, “Qremio” klubu yarımmüdafiəçinin icarəsi üçün turinlilərlə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Artur bir mövsümlük Braziliya təmsilçisində oynayacaq.
Yarımmüdafiəçi ötən mövsümdə “Jirona”da icarədə olub və La Liqada 15 oyuna çıxıb.
Sport1.az