“Bavariya” futbolçusu Mikael Olisin transfer dəyərini müəyyənləşdirib.Sport1.az xəbər verir ki, Münhen klubu “Liverpul”un hədəfində olan yarımmüdafiəçiyə 115 milyon avro qiymət qoyub. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.
2024-cü ilin yayında “Kristal Pelas”dan “Bavariya”ya keçən Olisin klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. Mersisayd klubu yay transfer dönəmində cinah hücumçusu üçün danışıqlar aparsa da, razılıq əldə edilməmişdi.
“Liverpul” Olis üçün qışda yenidən hərəkətə keçəcək.
Sport1.az