Misli Premyer Liqasının V turunda "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı oldu."Liv Bon Dea Arena"da baş tutan qarşılaşmada ağdamlılar rəqibini 5 cavabsız qolla məğlub edib.
Matçdan sonra "köhlən atlar"ın yarımmüdafiəçisi Pedro Bikalyo
Sport1.az-a müsahibə verdi...
- Böyükhesablı qələbə qazandınız...- Qələbənin memarını özümüzük. Rəqibin buraxdığı səhvlərdən yetərincə yararlandıq. Layiqli qələbə qazandıq.
- “Benfika”ya qarşı oyunda matçın ən yaxşısı seçildin. Hisslərini bilmək maraqlıdır...- Təbii ki, sevinirəm, xoşbəxtəm. Bu, təkcə mənim yox, komanda yoldaşlarımın əməyinin nəticəsidir.
- "Benfika" ilə görüşdə sərgilədiyin oyunu karyeranın ən yaxşı fərdi performansı adlandırardın?- Əlbəttə! Şübhəsiz elədir.
- “Qarabağ”a gələndən sonra təsəvvür edə bilərdin ki, bir neçə ay sonra qitənin ən böyük nüfuzlu turnirində simvolik komandanın parçası olacaqsan?- Bununla bağlı dostlarımla, ailə üzvlərimlə də zarafat edirdim. Bu həqiqətən yuxu kimidir. İnana bilmirəm.
- “Benfika” üzərində qələbə qazandınız. İndi azarkeşlərin sizdən gözləntiləri böyükdür. Onlar "Kopenhagen"i də məğlub etməyinizi istəyəcəklər. Bu gözləntini doğrultmaq olacaq?- "Benfika" ilə oyun geridə qaldı. Növbəti matç da ayaqlarımız yerdə olmalıdır. Göylərdə uçmamalıyıq. Baş məşqçinin tapşırıqlarına layiqincə əməl etsək, istəyimizə çata bilərik.
MİKAYIL HACIYEV
Sport1.az