"Qəbələ" İdman Klubu ilə AFB Bank arasında yeni sponsorluq və əməkdaşlıq müqaviləsi imzalanıb.
Sport1.az xəbər verir ki, müqaviləyə əsasən, AFB Bankın adı və loqosu "Qəbələ" komandasının rəsmi oyun formalarında yer alacaq.
Qeyd edək ki, müqavilənin müddəti 1 il olaraq müəyyən edilib.
Sport1.az